“Mançester Yunayted” “Bormunt”a 60 milyon avro ödəməyə hazırdır
"Mançester Yunayted" "Bormunt"un futbolçusu Antonio Semenyonu heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, A.Semenyo cari mövsüm meydana çıxdığı 11 matçda 6 qol, 3 məhsuldar ötürmə müəllifi olub.