"Mançester Yunayted" "Brayton"a təklif göndərib

"Mançester Yunayted" "Brayton"un kamerunlu futbolçusu Karlos Baleba üçün rəsmi təklif göndərib.

Sportline.az xəbər verir ki, bu haqda "Marca" qəzeti məlumat yayıb.

"Qırmız şeytanlar" bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, K.Baleba ötən mövsüm meydana çıxdığı 40 matçda 4 qol 2 asistlə yadda qalıb.