"Mançester Yunayted" braziliyalı futbolçunu istəyir

"Mançester Yunayted" Bruno Gimarayeşi heyətinə qatmaqda israrlıdır.

Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

28 yaşlı futbolçunun dəyəri 75 milyon avrodur.

Qeyd edək ki, B.Gimarayeş cari mövsüm meydana çıxdığı 35 matçda 9 qol, 7 asistlə yadda qalıb.