"Mançester Yunayted" brazilyalı yarımmüdafiəçini transfer etmək istəyir
"Mançester Yunayted" yayda Bruno Gimarayeşi heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Diario As" nəşri məlumat yayıb.
28 yaşlı futbolçunun dəyəri 75 milyon avrodur.
Qeyd edək ki, B.Gimarayeş cari mövsüm meydana çıxdığı 35 matçda 9 qol, 7 asistlə yadda qalıb.