"Mançester Yunayted" Edersonu transfer etmək istəyir
"Atalanta"nın brazilyalı yarımmüdafiəçisi Ederson "Mançester Yunayted"in transfer hədəfinə çevrilib.
Sportline.az insayder Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted"in portuqaliyalı baş məşqçisi Ruben Amorim Edersonun xidmətində maraqlıdır.
39 yaşlı mütəxəsis bu transferin yanvar ayında həll olunmasını rəhbərliktən tələb edib.
Edersonun "Atalanta" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, 25 yaşlı futbolçunun hazır ki dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.
O cari mövsüm çıxış etdiyi 22 matçda 2 qol və 1 asistlə yadda qalıb.