"Mançester Yunayted" fransalı futbolçu ilə maraqlanır
"Mançester Yunayted" yay transfer pəncərəsi üçün yeni hədəf tapıb.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, bir sıra ingilis nəşrlərinin yazdığına görə, mankunianlılar "Kristal Pelas"dan Jan-Filip Matetanı almaq niyyətindədirlər. Fransız hücum mövqeyini gücləndirməyə namizədlərdən biridir.
“Qırmızı şeytanlar” son bir neçə ayda Matetanı diqqətlə izləyib.
27 yaşlı hücumçunun potensial transfer qiyməti 60 milyon funt-sterlinq dəyərində ola bilər.
Qeyd edək ki, Mateta bu mövsüm çıxış etdiyi 33 oyunda 15 qol vurub.