"Mançester Yunayted" fransalı vingerinin xidmətində maraqlıdır

"Mançester Yunayted" fransalı sol cinah vingeri Bredli Barkolanı heyətə cəlb etməyə çalışır.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "qırmız şeytanlar" bu keçid üçün 70 milyon avro ödəməyə hazırdır.

23 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 25 matçda 5 qol, 5 asistlə yadda qalıb.

Qeyd edək ki, B.Barkolanın PSJ ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.