"Mançester Yunayted" yarımmüdafiəçisi ilə vidalaşır

"Mançester Yunayted" uruqvaylı yarımmüdafiəçisi Manuel Uqarteni yayda satacaq.

Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Yuventus" 24 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Turin təmsilçisi bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Uqarte "qırmız şeytanlar"dan ayrılmağa isti yanaşır. Oyunçu daha çox oynaya biləcəyi kluba keçmək istəyir.