“Mançester Yunayted” gözünü “Nyukasl”ın müdafiəçisinə dikib

“Mançester Yunayted”in rəhbərliyi yanvar ayında mərkəz müdafiəçisi transfer etməyi planlaşdırır.

Sportline.az “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, əsas hədəf “Nyukasl Yunayted”in stopperi Tino Livramentodur.

23 yaşlı oyunçunun dəyəri 40 milyon avrodur.

Qeyd edək ki, T.Livramento bu mövsüm meydana çıxdığı 16 matçda 1 asistlə yadda qalıb.