"Mançester Yunayted" Hoylunda əvəzləyici tapdı
Rasmus Hoylundun zədəli olması "Mançester Yunayted"in məşqçilər korpusunu qayğılandırmaqdadır.
Sportline.az xəbər verir ki, Erik Ten Haq və köməkçiləri bu boşluğu Ayvan Toni ilə doldurmağı planlaşdırırlar.
Bu haqda "The Telegraph" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "Brentford"un 28 yaşlı mərkəz hücumçusu baş məşqçinin transfer siyahısında yer alır.
Qeyd edək ki, Rasmus Hoylund ən azı 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.