"Mançester Yunayted" Höylundla vidalaşır
"Mançester Yunayted"in danimarkalı futbolçusu Rasmus Höylund mövsümün klubdan ayrılacaq.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Yuventus", "İnter"və "Napoli" Höylundla yaxından maraqlanır.
22 yaşlı hücumçunun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Höylund 2023-cü ilin yayından İngiltərə klubunda çıxış edir.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 44 matçda 8 qol və 4 asistlə yadda qalıb.