"Mançester Yunayted" kapitanı gəmidə saxlamaq istəyir
"Mançester Yunayted" Bruno Fernandeşi klubda saxlamaq niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Kris Veeler məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçinin klubla sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, B.Fernandeş bu mövsüm meydana çıxdığı 29 matçda 7 qol, 17 asistlə yadda qalıb.