“Mançester Yunayted” klubu qapıçısı ilə vidalaşır

“Mançester Yunayted”in türkiyəli kiperi Altay Bayındır yanvar ayında klubdan ayrılacaq.

Sportline.az “Give Me Sport” nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Altayın çıxışında narazıdır. Bu səbəbdən oyunçunu satmaq qərarına gəlib.

Altayın hazır ki dəyəri “Transfermarkt” portalına görə 10 milyon avrodur.

Qeyd edək ki, 26 yaşlı futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.