"Mançester Yunayted" "Liverpul"un futbolçusuna göz qoydu

"Mançester Yunayted" əzəli rəqibi "Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allisteri yayda heyətinə qatmaq niyyətindədir.

Sportline.az jurnalist Jeremi Krossun məlumatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Dünya Çempionatından sonra Mersisayd klubuna rəsmi təklif göndərəcək.

Yayılan xəbərlərə görə, Mak Allister "Liverpul"da xoşbəxt deyil və bu səbəbdən "Mançester Yunayted"in təklifini dəyərləndirəcək.

Qeyd edək ki, Argentina millisinin üzvü 2023-cü ildən "Liverpul"da çıxış edir.