"Mançester Yunayted" Meyno ilə yola davam etmək istəyir

"Mançester Yunayted" ingiltərəli yarımmüdafiəçisi Kobi Meyno ilə yola davam etmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, "mankunyanlar" gənc oyunçuya yeni sözləşmə təklif etməyi planlaşdırır.

Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, K.Meyno cari mövsüm meydana çıxdığı 22 matçda 3 asistlə yadda qalıb.