"Mançester Yunayted" niderlandlı futbolçusu ilə yollarını ayırıb
"Mançester Yunayted"in niderlandlı futbolçusu Tayrel Malasiya klubdan ayrılıb.
Sportline.az xəbər verir ki, T.Malasiya icarə əsasında "Psv Eynthoven" klubuna transfer olub.
Bu haqda Niderland klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Malasiyanın hazır ki dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.
O cari mövsüm 9 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.