"Mançester Yunayted" niderlandlı futbolçuya gözünü dikib
"Mançester Yunayted" "Leipziq"in niderlandlı futbolçusu Xavi Simonsu heyətinə qatmağı planlaşdırır.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Ruben Amorim Xavi Simonsu komandasında görmək istəyir.
21 yaşlı futbolçunun transfer qiyməti 70 milyon avro olaraq təyin olunub. O cari mövsüm çıxış etdiyi 29 matçda 10 qol və 6 asistlə yadda qalıb.
Qeyd edək ki, Xavi Simonsun "Leipziq"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.