"Nitsa" "Mançester Yunayted"ə elçi düşüb
"Nitsa" klubu yanvar ayında "Mançester Yunayted"ə rəsmi təklif göndərəcək.
Sportline.az xəbər verir ki, Fransa klubu Dieqo Leonu icarə əsasında transfer etmək istəyir.
Bu haqda jurnalist Sezar Luis Merlo məlumat yayıb.
Qeyd edək ki, D.Leon bu mövsüm meydana çıxdığı 20 matçda 3 qolla yadda qalıb.