"Mançester Yunayted" portuqaliyalının xidmətində maraqlıdır
"Mançester Yunayted" "Əl-Hilal"ın portuqaliyalı futbolçusu Ruben Neveşin xidmətində maraqlıdır.
Sportline.az xəbər verir ki, bu haqda "United İn Focus" nəşri məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"ə keçməyə istəklidir.
Qeyd edək ki, R.Neveşin dəyəri 25 milyon avrodur.