"Mançester Yunayted" - "Real Sosyedad": Düşərgələrdəki son durum
UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, turnirin əsas favoriti “Mançester Yunayted” “Old Trafford”da “Real Sosyedad”la üz-üzə gələcək.
Tərəflər arasında ilk düel 1:1 hesablı bərabərliklə nəticələnmişdi.
“Mançester Yunayed”də qapıçı Altay Bayındır, Amad Diallo, Harri Maqvayr, Coni Evans, Kobi Meyno, Lissandro Martinez, Luk Şou, Manuel Uqarte və Meyson Mount baş məşqçi Ruben Amorim sərəncamında olmayacaq
"Real Sosyedad"da isə Alvaro Odriozola və Con Paçeko zədədən əziyət çəkir.
Oyunun ədalət təmsilçisi fransalı Benua Bastien olacaq. Matç Bakı vaxtı ilə saat gecə yarısı saat 12-də başlanacaq.