"Mançester Yunayted" "Real Sosyedad"la matça itkilərlə çıxacaq

UEFA Avropa Liqasında bu gün 1/8 final mərhələsinin ilk matçları keçiriləcək.

Sportline.az xəbər verir ki, “Mançester Yunayted” səfərdə “Real Sosyedad”la qarşılaşacaq.

“Qırmızı şeytanlar”da itkilərin sayı kifayət qədərdir. Qapıçı Altay Bayındır, Coni Evans, Meyson Mount, Lissandro Martinez, Lük Şou, Kobi Meyno, Amad Diallo və Tobi Kolyer zədə səbəbindən matçı buraxmalı olacaq.

“Real Sosyedad”da isə Alvaro Odriozola və Paçeko oyunun iştirak ərzəsində yer almayıb. Görüşün ədalət təmsilçisi slovakiyalı İvan Kruzliak olacaq. Matç Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.