“Mançester Yunayted” “Sanderlend”di sınağa çəkəcək

İngiltərə Premyer Liqasında 7-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" "Old Trafford"da "Sanderlend"lə üz-üzə gələcək.

Heyətlərə nəzər saldıqda "qırmız şeytanlar"da Lissandro Martinez və Noussair Mazraoui zədədən əziyyət çəkir.

"Sanderlend"də itkilərin sayı çoxdur. Alibola Alese, Dennis Çirkin, Leo Hyelde, Habib Diara, Romaine Mandl zədə, Reinildo Mandava isə cəza səbəbindən oyunu buraxmalı olacaq.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək matçı Stuart Attvel idarə edəcək.