“Mançester Yunayted” türkiyəli futbolçunu transfer etməkdə israrlıdır
“Benfika”nın 26 yaşlı futbolçusu Kerem Aktürkoğlu klubdan ayrıla bilər.
Sportline.az “Diario de Noticias” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” rəhbərliyi Kerem Aktürkoğlu üçün “Benfika”ya 40 milyon avro təklif edildiyi bildirilir.
“Benfika" isə bu təklifi rədd edib. Portuqaliya klubunun rəhbərliyi 50 milyon avro tələb etdiyi qeyd olunur.
Qedy edək ki, Kerem Aktürkoğlu bu mövsüm çıxış etdiyi 8 matçda 8 qol və 2 asist ilə yadda qalıb.