"Mançester Yunayted" türkiyəli futbolçuya göz qoydu

"Brayton"un müdafiəçisi Ferdi Kadıoğlu Premyer Liqada klubunu dəyişə bilər.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" türkiyəli futbolçunu transfer etmək istəyir. 

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" 26 yaşlı sol cinah müdafiəçisi üçün mövsümün sonunda rəsmi təklif göndərməyi planlaşdırır.

"Brayton"un isə futbolçu üçün təxminən 50 milyon avro tələb edəcəyi bildirilir.