"Mançester Yunayted" və "Arsenal" yarışa girib

"Frayburq"un futbolçusu Yohan Manzambi karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Arsenal" 20 yaşlı oyunçunu heyətinə qatmaq üçün hərəkətə keçib. 

Sözügedən yarımmüdafiəçinin dəyəri 30 milyon avrodur.

Qeyd edək ki, Yohan Manzambi bu mövsüm meydana çıxdığı 31 matçda 4 qol, 5 asistlə yadda qalıb.