“Mançester Yunayted” və “Çelsi” brazilyalı futbolçunu heyətinə qatmaq istəyir
"Yuventus"un brazilyalı stopperi Qleyson Bremer karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" 28 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib.
Q.Bremerin transfer qiyməti 50 milyon avrodur.
Qeyd edək ki, sözü gedən oyunçunun "Yuventus"la müqaviləsi 2029-cu ilin yayına qədərdir.