"Mançester Yunayted" və "Çelsi" transfer yarışına girib
"Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı forvard Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" Osimheni transfer etmək istəyir.
26 yaşlı hücumçu müqavilə əsasında İtaliyanın "Napoli" klubuna məxsusdur.
Qeyd edək ki, İtaliya klubu Osimhen üçün 70 milyon avro tələb edir.
O bu mövsüm çıxış etdiyi 32 matçda 28 qol və 5 məhsuldar ötürmə müəllifi olub.