"Mançester Yunayted" və "Çelsi" transfer yarışına girib
"Milan"ın fransalı qapıçısı Mayk Menyan mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" Menyanı transfer etmək üçün yarışa girib.
29 yaşlı kiperin transfer qiyməti 30 milyon avro olaraq təyin olunub. O cari mövsüm çıxış etdiyi 45 matçda qapısında 52 top görüb.
Qeyd edək ki, Menyanın "Milan"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.