"Mançester Yunayted" və "Liverpul" transfer yarışına girib
"Real Madrid"in ulduz futbolçusu Federiko Valverde İngiltərə nəhənglərinin transfer hədəfinə çevrilib.
Sportline.az "E-Noticies" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Liverpul" 27 yaşlı yarımmüdafiəçini transfer etmək üçün hərəkətə keçib.
Uruqvay millisinin əsas üzvlərindən sayılan Valverdenin dəyəri 120 milyon avrodur.
Qeyd edək ki, sözügedən oyunçu "Real"ın vitse kapitanıdır.