"Mançester Yunayted" yeni qapıçı axtarışına çıxıb

"Blekbörn" klubunun qapıçısı Eynsley Pirs karyerasını "Mançester Yunayted"də davam etdirməyə yaxındır.

Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, "Mançester Yunayted"in rəhbərliyi 26 yaşlı kiper üçün qarşı tərəfə 10 milyon avro ödəməyə hazırdır.

Eynsley Pirsin "Blekbörn"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm Çempionşipdə çıxış etdiyi 37 matçda qapısında 38 top görüb.

Qeyd edək ki, E.Pirs "Mançester Yunayted"də çıxış etməyə müsbət yanaşır.