"Mançester Yunayted"də yeni müqavilə
"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr klubla yeni müqavilə imzalamağa yaxındır.
Sportline.az xəbər verir ki, ingiltərəli futbolçu tərəflər arasında danışıqların getdiyini və artıq ciddi irəliləyiş əldə olunduğunu açıqlayıb:
"Mançester Yunayted"lə danışıqlar baş tutub. Düşünürəm ki, həm klub, həm də mənim üçün ən yaxşı variant olacaq razılaşmaya gələcəyik. Klub istəyir ki, mən komandaya kömək etməyə davam edim və inkişafda mühüm rol oynayım".
Qeyd edək ki, Harri Maquayr 2019-cu ilin yayında "Lester Siti"dən 87 milyon avroya "Mançester Yunayted"ə transfer olunub. 32 yaşlı müdafiəçi cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində 20 rəsmi matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.