"Mançester Yunayted"dən 89 milyon avroluq transfer

"Mançester Yunayted" yayda heyətinə yeni yarımmüdafiəçi transfer etməyi hədəfləyir.

Sportline.az xəbər verir ki, əsas hədəf "Nottingem"in futbolçusu Elliot Andersondur.

"Team Talk"un yaydığı məlumata görə, "qırmızı şeytanlar" bu keçid üçün qarşı tərəfə 89 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, E.Anderson cari mövsüm meydana çıxdığı 35 matçda 1 qol, 3 asistlə yadda qalıb.