"Mançester Yunayted"dən "Roma"ya
İtaliyanın “Roma” klubu “Mançester Yunayted”dən Kris Smollinqin keçidini rəsmiləşdirib.
Sportline.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. "Canavarlar"ın 30 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzaladığı bildirilir.
"Roma" rəhbərliyi bu transferə görə “qırmızı şeytanlar”a 15 milyon avro ödəyib.
Qeyd edək ki, ötən mövsüm icarə əsasında “Roma”da oynayan Smollinq, A Seriyasında meydana çıxdığı 30 oyunda 3 qol vurub.