“Mançester Yunayted”dən Valverde həmləsi
"Real Madrid"in uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde "Mançester Yunayted"in əsas transfer hədəfidir.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 120 milyon avro ödəməyə hazırdır.
Valverdenin "Real"la sözləşməsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 27 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 14 matçda 2 qol, 3 asistlə yadda qalıb.