“Mançester Yunayted”i danimarkalı mütəxəsis çalışdıra bilər

Erik Ten Haqı ilə yollarını ayıran “Mançester Yunayted” klubun sükanı arxasına yeni baş məşqçi namizədləri irəli sürülüb.

Sportline.az xəbər verir ki, əsas namizəd kimi danimarkalı mütəxəsis Tomas Frankın adı qeyd olunur. “Mançester Yunayted” rəhbərliyi 51 yaşlı mütəxəsisin xidmətində maraqlıdır.

Qeyd edək ki, “Mançester Yunayted”i hazırda müvəqqəti olaraq Rud Van Nisteroy çalışdırır.