"Mançester Yunayted"i ispaniyalı mütəxəsis çalışdıra bilər

"Mançester Yunayted" portuqaliyalı baş məşqçisi Ruben Amorimlə yollarını ayırmaq qərarına gəlib.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, rəhbərlik klubun sükanı arxasına Unay Emerini gətirmək niyyətindədir.

53 yaşlı ispaniyalı mütəxəsis hazır da "Aston Villa" klubunu çalışdırır.

Qeyd edək ki, U.Emeri karyerası ərzində daha əvvəl "Almeriya", "Valensiya", "Spartak Moskva", "Sevilya", "Paris Sen-Jermen", "Arsenal" və "Vilyareal" kimi klublarda işləyib.