“Mançester Yunayted”i italiyalı mütəxəsis çalışdıra bilər

Türkiyə millisinin 50 yaşlı baş məşqçisi Vinçenso Montella İngiltərə nəhənginin sükanı arxasına keçə bilər.

Sportline.az “Ajansspor” saytına istinadən xəbər verir ki, “Mançester Yunayted” rəhbərliyi Erik ten Haqla yollarını ayıracağı təqdirdə baş məşqçiliyə namizədlər arasında Vinçenso Montellanında olduğunu bildirilib.

Montella Türkiyə millisinin baş məşqçisi kimi 17 matçda iştirak etdiyi halda, bu görüşlərdən 9 qələbə, 9 heç-heçə və 5 məğlubiyətlə ayrılıb.

Qeyd edək ki, V.Montella daha öncə “Roma”,”Katania”, “Sampdoria”, “Milan”, “Sevilya”, “Fiorentina” və “Adana Demirspor” kimi klublarda çalışıb.