"Mançester Yunayted"i "Yuventus"a dəyişir

"Yuventus" "Mançester Yunayted"in danimarkalı futbolçusu Rasmus Höylund üçün hərəkətə keçib.

Sportline.az "Tutto Mercato Web" saytına istinadən xəbər verir ki, Turin klubu bu keçid üçün 60 milyon avro ödəməyə hazırdır.

Höylundun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 8 qol və 4 asistlə yadda qalıb.