"Mançester Yunayted"in 1 nömrəli hədəfi

"Mançester Yunayted" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "FC Inter News"a istinadən xəbər verir ki, "İnter"in sol cinah müdafiəçisi Federiko Dimarko "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

"Mançester Yunayted"in çalışdırıcısı Ruben Amorim 27 yaşlı futbolçunu komandasında görmək istəyir.

Qeyd edək ki, Dimarkonun transfer qiyməti 60 milyon avro olaraq təyin olunub.

O cari mövsüm çıxış etdiyi 34 oyunda 4 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Dimarkonun "İnter"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub