"Mançester Yunayted"in Donnaruma israrı davam edir
"Mançester Yunayted" "Paris Sen-Jermen"in italiyalı qapıçısı Canluici Donnarumanı transfer etməkdə israrlıdır.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu təcrübəli kiper üçün 30 milyon avro ödəməyə hazırdır.
26 yaşlı futbolçu "Mançester Yunayted"də çıxış etməyə müsbət yanaşır.
Qeyd edək ki, Donnarumanın PSJ ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.