"Mançester Yunayted"in əsas hədəfi
"Komo"nun futbolçusu Xesus Rodrigez yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Diario Sport" nəşri məlumat yayıb.
20 yaşlı oyunçu "Mançester Yunayted"in hədəfindədir.
Qeyd edək ki, X.Rodrigezin dəyəri 30 milyon avrodur.