"Mançester Yunayted"in futboolçusu həbs oluna bilər

"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr barəsində 2020-ci ildə baş vermiş insidentlə bağlı məhkəmə işi yekunlaşıb.

Sportline.az xəbər verir ki, təcrübəli futbolçuya 15 ay müddətinə həbs cəzası verilib.

Hadisə 2020-ci ildə Yunanıstanın Mikonos adasında istirahət zamanı baş verib.

İngilis futbolçu Yunanıstan polisi ilə yaşanan insident zamanı hücum, müqavimət və rüşvət təklif etmə ittihamları ilə üzləşib.