"Mançester Yunayted"in gözü "Aston Villa"nın futbolçusuna düşüb

"Mançester Yunayted" klubu bu yay heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "Talk Sport"a istinadən xəbər verir ki, "Aston Villa"nın ingiltərəli futbolçusu Olli Uotkins Mançester klubunun əsas transfer hədəfinə çevrilib.

29 yaşlı forvardın transfer qiyməti 45 milyon avrodur. Onun Birmingem klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Uotkins bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 54 matçda 17 qol 14 məhsuldar ötürmə ilə yadda qalıb.