“Mançester Yunayted”in gözü “Fənərbağça”nın futbolçusuna düşüb
“Fənərbağça”nın futbolçusu Yusuf Akçiçek karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
Sportline.az insayder Yağız Sabuncuoğlunun məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu Yusufla yaxından maraqlanır.
19 yaşlı müdafiəçinin hazır ki dəyəri “Transfermarkt” portalına görə 150 min avrodur.
Qeyd edək ki, Yusuf Akçiçek cari mövsüm çıxış etdiyi 15 matçda 2 qol və 1 asistlə yadda qalıb.