"Mançester Yunayted"in Osimhen sevdası davam edir
"Mançester Yunayted" "Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı hücumçu Viktor Osimheni transfer etməkdə israrlıdır.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Osimhen üçün "Napoli" ilə danışıqlara başlayıb.
26 yaşlı futbolçu "Mançester Yunayted"də çıxış etməyə müsbət yanaşır.
Qeyd edək ki, "Napoli" Osimheni 70 milyon avro qarşılığında satmağa hazırdır.