"Mançester Yunayted"in Qallager sevdası davam edir

"Atletiko Madrid"in yarımmüdafiəçisi Konnor Qallager karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Sportline.az "Talk Sport"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.

25 yaşlı oyunçunun Madrid klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, K.Qallager cari mövsüm meydana çıxdığı 28 matçda 3 qol, 1 asistlə yadda qalıb.