"Mançester Yunayted"in qapısını belçikalı qoruyacaq

"Mançester Yunayted" heyətini belçikalı qapıçı ilə gücləndirib.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Royal Antverp"in qapıçısı Senne Lammens "Mançester Yunayted"ə transfer olacaq.

İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 21 milyon avro ödəyəcək.

Qeyd edək ki, Lammens bu mövsüm meydana çıxdığı 4 matçda qapısında 4 top görüb.