“Mançester Yunayted”in rəhbərliyi Dorqunun çıxışından narazıdır
"Mançester Yunayted"in rəhbərliyi Patrik Dorqunun çıxışından narazıdır.
Sportline.az xəbər verir ki, bu haqda "Sun Sport" nəşri məlumat yayıb.
İngiltərə klubu danimarkalı sol cinah müdafiəçisini yanvar ayında icarəyə göndərmək istəyir.
Qeyd edək ki, P.Dorqu cari mövsüm meydana çıxdığı 16 matçda 1 asistlə yadda qalıb.