"Mançester Yunayted"in yeni hədəfi

"Mançester Yunayted" "Nottingem Forest"in ingiltərəli futbolçusu Elliot Andersonu rənglərinə bağlamaq istəyir.

Sportline.az verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

22 yaşlı oyunçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə, 32 milyon avrodur.

Qeyd edək ki, Elliot Andersonun meneceri "Mançester Yunayted"lə təmas halındadır.