"Mançester Yunayted"lə görüş Konte üçün sonuncu ola bilər
İngiltərə Premyer Liqasında "Çelsi"nin "Mançester Yunayted"ə qarşı keçirəcəyi qarşılaşma Antonio Konte üçün sonuncu ola bilər. SportLine.az xəbər verir ki, "zadəganlar"ın rəhbərliyi italiyalı mütəxəssisdən sözügedən matçda qələbə tələb edib. Bu barədə "Times" nəşri məlumat yayıb.
Son turlar əldə olunan uğursuz nəticələr rəhbərliyi radikal addımlar atmağa məcbur edib.
Xatırladaq ki, "Çelsi" UEFA Çempionlar Liqasının son turunda "Roma"ya da uduzub - 0:3.